Ən son xəbərlər
Avqustun 3-də müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistana növbəti dəfə dərs verdi. Bununla bağlı qarşı tərəfin əsassız ittihamlarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bildirdi ki, insidentlərin baş verməsinin əsas günahkarı məlum üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyərək, öz silahlı dəstələrini hələ də qonşu dövlətin ərazisindən çıxarmayan Ermənistandır. 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü maddəsində açıq-aşkar qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti ermən
Ermənistan rəsmiləri özləri də Azərbaycan ərazilərində qeyri-qanuni silahlı qüvvələrinin mövcudluğuna birbaşa və dolayısı ilə dəfələrlə təsdiqləyiblər. Beləliklə, avqustun 3-də Laçında Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi deyə bilərəm ki, hələ dünya tarixində məğlub tərəfin hansısa şərtlər irəli sürməsi, əsassız ritorika nümayiş etdirməsi görünməyib. Öz havadarlarına arxayın olan ermənilərsə bunu etməklə hərbi, siyasi və diplomatik məntiqsizlik nümayiş etdirdiklərinin fərqində deyillər. Gah Brüsseldə, gah Moskvada və Soçidə manipulyasiyalar edərək, sonradan razılaşmalara məhəl qoymamaq layiqincə cəzalandırılmalıdır. Elə Azərbaycan Ordusunun haqlı olaraq “Qisas” adlandırdığı son cavab əməliyyatı da həmin cəza anlamındadır.
Bütün beynəlxalq ictimaiyyət görür ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Bu yolda qarşıya çıxan bütün maneələr qətiyyətlə aradan götürüləcəkdir. Bizim buna qüdrətimiz də çatır, tam haqqımız da var.
Hikmət XƏLİLOV,
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti
Köhnə versiyamızdan xəbərləri izlə