Ən son xəbərlər
№ 283 Bakı şəhəri, 5 avqust 2022-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları .ovunun Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1220; 2019, № 6, maddə 1148; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 may tarixli 190 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Mətn üzrə ismin müvafiq hallarında “diktorbalı tor” və “diktorbalı torlar” sözləri ismin müvafiq hallarında “nevod” sözü ilə əvəz edilsin.
2. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.1. Balıq və digər su bioresurslarının ovu məqsədilə hüquqi və fiziki şəxslər balıqovlama biletini almaq üçün Nazirliyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq balıq və digər su bioresurslarının sənaye üsulu ilə ovu nəzərdə tutulan su obyektinin adı, su bioresurslarının növləri, ov limitinin (növlər üzrə çəkisi) miqdarı, ovlama üsulu (ov alətlərinin növü və sayı) göstərilməklə ərizə təqdim etməlidirlər.”.
3. 5.2-ci bənd üzrə:
3.1. “sənədlər” sözündən sonra “(Nazirlik həmin sənədlər barədə məlumatları bu Qaydaların 5.2-1-ci bəndində göstərilən qaydada əldə edə bilmədikdə)” sözləri əlavə edilsin;
3.2. 5.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.2.6-cı yarımbənd əlavə edilsin:
“5.2.6. ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü.”.
4. Aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:
“5.2-1. Nazirlik bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur.”.
5. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.7. Balıqovlama biletlərinin vahid reyestri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.”.
6. 7.4-cü və 8.7-ci bəndlər ləğv edilsin.
7. 8.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“8.6. Balıq və digər su bioresurslarının ovu üçün kvota (pay) almaq istəyən balıqçılıq subyekti ərizəni kvota barədə elanda göstərilən ünvana şəxsən, poçtla və ya elektron qaydada kvotanın təsdiq edildiyi gündən etibarən növbəti il aprel ayının 1-nə qədər təqdim edir.”.
8. 8.10.1-ci yarımbənddə “və 8.7-ci bəndlərinin” sözləri “bəndinin” sözü ilə əvəz edilsin.
9. 8.10.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.10.5-ci yarımbənd əlavə edilsin:
“8.10.5. bu Qaydaların 2.4.13-cü yarımbəndi ilə müəyyən edilmiş hesabatların (balıq və digər su bioresurslarının sənaye ovunu həyata keçirən şəxslərə münasibətdə) təqdim edilməməsi.”.
Həmin Qaydalara 1 nömrəli əlavə - “Balıq və digər su bioresurslarının sənaye ovunun Şərtləri” üzrə:
10.1. 2-ci hissənin cədvəli aşağıdakı redaksiyada verilsin:
Sıra №-si |
Balıqçılıq və su obyektləri |
Ov alətləri |
Ova icazə verilən müddətlər |
1 |
2 |
3 |
4 |
Xəzər dənizində (gölündə) |
|||
1. |
Axçalı və siyənək balıqlarının ovu |
dayanan nevodlar |
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
2. |
Axçalı və siyənək balıqlarının ovu |
axçalı balıq torları |
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
3. |
Gəmilərlə kilkə ovu |
konus tor, müxtəlif dərinlikli pelagik tral və nasoslar |
yanvar ayının 1-dən may ayının 1-nə qədər və iyun ayının 1-dən dekabr ayının 31-nə qədər |
4. |
Siyənək və axçalı balıqların ovu |
siyənək torları |
fevral ayının 1-dən may ayının 1-nə qədər |
5. |
Sahil kilkəsinin ovu |
dayanan nevodlar |
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 15-dən dekabr ayının 31-nə qədər |
6. |
Kefal və digər axçalı balıqların ovu |
cibli kefal torları |
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
7. |
H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhədlərinə qədər olan sahilboyu ərazilərdə siyənək və axçalı balıqların ovu |
atılan nevodlar |
mart ayının 1-dən aprel ayının 15-nə qədər |
8. |
Xərçəng və krevet ovu |
venterlər |
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər |
Kür çayında |
|||
9. |
Axçalı balıqların ovu |
atılan nevodlar və üzən çay torları |
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
1 |
2 |
3 |
4 |
10. |
Kür çayının əlavə sularında axçalı balıqların ovu |
üzən çay torları |
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
11. |
İlanbalığının ovu |
venterlər |
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
Göllərdə |
|||
12. |
Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu |
axçalı balıq torları və venterlər |
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
Su anbarlarında |
|||
13. |
Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu |
axçalı balıq torları və venterlər |
yanvar ayının 1-dən aprel ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
14. |
Mingəçevir, Araz və Varvara su anbarlarında xərçəng və krevet ovu |
venterlər |
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər |
Meliorativ kollektorlarda |
|||
15. |
Axçalı balıqların ovu |
dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları |
yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
16. |
İlanbalığının ovu |
venterlər |
yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər |
17. |
Krevetlərin ovu |
venterlər |
iyul ayının 1-dən noyabr ayının 1-nə qədər |
Digər su obyektlərində |
|||
18. |
Göl qurbağasının ovu |
domca |
may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər |
5.3-cü bənddən “gözünün yol verilən minimum” sözləri çıxarılsın.
. 5.3.1-ci və 5.3.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
Ov alətləri |
Maksimum uzunluğu (m) |
Tələquruluşlu ov alətlərində istifadə olunan torların gözünün ölçüləri (mm) |
Axçalı və siyənək balıqlarının, habelə göl qurbağası-nın ovunda istifadə edilən ov alətlərinin (torların) gözünün ölçüləri (mm) |
|||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
|||
Axçalı balıq torları |
25 |
- |
- |
- |
- |
30x30 - 60x60 |
|
|||
Siyənək torları |
25 |
- |
- |
- |
- |
42x42 - 44x44 |
|
|||
Dayanan nevodlar (axçalı və siyənək balıqlarının ovu üçün) |
1000 |
40x40-45x45 |
36x36-44x44 |
- |
- |
- |
|
|||
Dayanan nevodlar (sahil kilkəsinin ovu üçün) |
1000 |
6,5x6,5 |
6,5x6,5 |
- |
- |
- |
|
|||
Karavalar |
25 |
40x40-45x45 |
36x36-44x44 |
- |
- |
- |
|
|||
Venterlər (axçalı balıqların ovu üçün) |
25 |
40x40-45x45 |
32x32-40x40 |
- |
- |
- |
|
|||
Venterlər (ilanbalığının ovu üçün) |
1 |
- |
6,5x6,5 |
- |
- |
- |
|
|||
Venterlər (xərçəng ovu üçün) |
5 |
12x12 |
12x12 |
- |
- |
- |
|
|||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
|
|||
Venterlər (krevet ovu üçün) |
32,5 |
6,5x6,5 |
6,5x6,5 |
- |
- |
- |
|
|||
Konus tor (gəmilərlə kilkə ovu üçün) |
5 |
- |
6,5x6,5 |
- |
- |
- |
|
|||
Müxtəlif dərinlikli pelagik tral (gəmilərlə kilkə ovu üçün) |
15 |
- |
8x8-10x10 |
- |
- |
- |
|
|||
Kefal ovu üçün cibli torlar |
350 |
- |
- |
300x300 |
40x40- 50x50 |
- |
|
|||
Üzən torlar |
235 |
- |
- |
- |
yazda-35x35, payız-da və qışda- 55x55 |
- |
|
|||
Atılan nevodlar |
400,5 |
yazda və yayda 50x50, payız-da və qışda 40x40 |
yazda və yayda- 35x35, payız-da və qışda - 30x30 |
- |
- |
- |
|
|||
Domca (göl qurbağasının ovu üçün) |
- |
- |
- |
- |
- |
25x25 |
|
|||
Həmin Qaydalara 2 nömrəli əlavə - “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”in 5-ci hissəsinin cədvəli aşağıdakı redaksiyada verilsin:
Su obyektləri |
Qadağan müddətləri |
Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda |
1 may - 30 iyun |
Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində |
1 may - 30 iyun |
Kür çayında Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə qədər 10 km-lik ərazidə |
1 - 30 aprel |
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə