Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçularımız Polşada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Polşanın Zakopane şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı başlayıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, avqustun 17-dək davam edəcək hazırlıq prosesində böyüklərdən ibarət milli komandamızın 14 cüdoçusu iştirak edir. Milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim-məşq toplanışı oktyabrın 6-12-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.

6 Avqust 2022 21:00 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə