Ən son xəbərlər
Azərbaycanın ağır atletika yığmasının üzvləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 3 qadın və 7 kişi idmançımız çıxacaq. Qadınların yarışında ölkəmizi Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq), kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlü (109 kq) təmsil edəcəklər.
“Konya-2021”də ağır atletika üzrə yarışları avqustun 11-15-də keçiriləcək.
Köhnə versiyamızdan xəbərləri izlə