Ən son xəbərlər
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin qalibləri mükafatlandırılıb.
"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzində təşkil edilən yarışın qalibinə, eləcə də ikinci və üçüncü yerin sahibinə kubok və medalları ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.
Xatırladaq ki, final mərhələsində “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Polad” komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Şuşa kubokunda üçüncü yer uğrunda görüşdə isə “Sərhədçi Dilbaz” komandası rəqibindən 5:0 hesabi üstün olub.
Turnirdə 6 komanda kubok və medallar uğrunda mübarizə aparıb.
Köhnə versiyamızdan xəbərləri izlə