Ən son xəbərlər
Samux rayonunun Qaraağaclı qəsəbəsində ümumi sahəsi 195 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli 7 otaqlı evin dam örtüyünün taxta atmaları, plastikdən ibarət pəncərə çərçivələri və içərisindəki tikinti materialları, yaxınlıqda ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Bu barədə "Xalq qəzeti"nə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Köhnə versiyamızdan xəbərləri izlə