Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə ilk açıq hərrac keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən avqustun 5-də meşə təsərrüfatlarından əldə edilən işlik oduncağın satışı məqsədilə ilk açıq hərrac keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov "Xalq qəzeti"nə bildirib ki, hərracda iştirak üçün 8 nəfər ilkin ödəniş edərək müraciət edib.
“Keçirilən hərracda Qəbələ, Oğuz və Şabran rayonlarının meşə təsərrüfatlarında formalaşan ümumilikdə 523,9 m3 müxtəlif cinsli işlik oduncaq materialı satışa çıxarılıb, bunun 399.99 m3-i satılıb”.
Xidmət rəisi növbəti hərraclar barədə yaxın günlərdə məlumat veriləcəyini bildirib.

6 Avqust 2022 17:08 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə