Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə dair videoçarx hazırlanıb - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ilə genişlənir.

Bu barədə "Xalq qəzeti"nə ƏƏSMN-in Mətbuat xidmətindən məlumat verilib.

2018-2022-ci illərdə də Agentlik 346 min şəxsi işlə təmin edib. Bu dövrdə 52 min şəxs özünüməşğulluq proqramına, 9 mindən çox şəxs peşə hazırlığına cəlb edilib.

İşsiz və işaxtaran şəxslərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və digər istiqamətlərdə də dəstək göstərilir.  

Təqdim etdiyimiz yeni videoçarxda Agentliyin fəaliyyət istiqamətləri, aktiv proqramları ilə  tanış ola bilərsiniz.

6 Avqust 2022 21:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə