Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-in Aparat rəhbəri Xaçmaz rayonunda vətəndaşları qəbul edib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparat rəhbəri Fuad Musayev avqustun 5-də Xaçmaz rayonunda həmin rayonun sakinlərini qəbul edib.

ƏƏSMN-in Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

6 Avqust 2022 17:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə