Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı maarifləndirmə tədbirləri keçirilib - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.

Bu barədə "Xalq qəzeti"nə Dövlət Komissiyasından məlumat verilib.

Tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Məmməd Xasiyev, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları Mübariz Vəliyev və Oqtay Həsənov, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu Fəzail Sadıqov iştirak ediblər.

Görüşlərdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.

6 Avqust 2022 15:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə