Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti təlim keçirilib

Cari ilin 03 avqust tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Dövlət Komissiyasından məlumat verilib.

Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  “Yay Fest” iştirakçılarına təqdim edilib.

6 Avqust 2022 15:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə