Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib

Tərtər rayonunda “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Seminarda iştirakçılara ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib, özünütanıma, özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.

Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

6 Avqust 2022 14:11 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə