Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

4 avqust saat 11:00-dan etibarən mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu başlayıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan "Xalq qəzeti"nə verilən məlumata görə, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq. 

Qeyd edək ki, sənəd qəbulu 17 avqusta qədər davam edəcək. Valideynlər şəxsi kabinetlərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər. 

4 - 17 avqust tarixlərində şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək. 

Əlavə olaraq bildirmək istəyirik ki, boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun 19 avqust tarixindən sonra həyata keçirilməsi planlaşdırılır.

6 Avqust 2022 12:33 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə