Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısı hibrid formada keçirilib

2022-ci il 4-5 avqust tarixlərində INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 19-cu illik toplantısı Komitənin Katibliyi olan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı və ev sahibliyi ilə Banqalor şəhərində hibrid formada keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Hesablama Palatasının Mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Hindistan, Azərbaycan, Fransa, Portuqaliya, Rumıniya, Çin, Norveç, Namibiya, Tunis Ali Audit Qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, toplantıda Azərbaycan Respublikası Hesablama Palatasını Auditor Cəfər Həsənov və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi Nərminə İsayeva onlayn qoşularaq təmsil ediblər.

Hindistanın  Baş Auditoru və Nəzarətçisi Giriş Çandra Murmu video çarx vasitəsilə tədbirdə həm canlı, həm də onlayn iştirak edən nümayəndə heyətlərini salamlamış, göstərilən marağa görə təşəkkürünü bildirmiş, Alt-komitənin AAQ-ların fəaliyyətindəki rolunu vurğulayaraq toplantının işinə uğurlar arzulamış, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirilib.

Sonra tədbirdə Fransa, Hindistan, Portuqaliya, Maldiv adaları və Norveç AAQ-larının nümayəndələrinin ölkələrində uyğunluq auditi sahəsində mövcud olan təcrübələri, hazırlanmış təlimatları və sənədləri barədə təqdimatları dinlənilib.

Daha sonra INTOSAI-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi COVID-19-un təcili maliyyələşdirilməsinə və Uyğunluq Auditi üzrə Alt-komitə ilə əməkdaşlığa dair TAİ Audit Təşəbbüsünün və PESA-P pilot layihəsi çərçivəsində görülmüş işlər və layihə iştirakçıları haqqında statistik məlumatlar barədə təqdimatla çıxış edib.

Sonda onu da qeyd edək ki, toplantı qarşılıqlı müzakirələr və sorğu-sual şəklində davam edib.

6 Avqust 2022 12:05 - İQTİSADİYYAT
İQTİSADİYYAT
11 Avqust 2022 | 16:03
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə