Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belçika ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşüb.

Bu barədə "Xalq qəzeti"nə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Elnur Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Belçika Krallığı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazirin birinci müavini iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən,  əczaçılıq sənayesi və kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə, Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Səfir Mişel Pitermans ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə bu ilin noyabr ayında Belçikanın Azərbaycana nəzərdə tutulan ticarət missiyasının təşkili, qarşılıqlı investisiya qoyuluşu və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

6 Avqust 2022 11:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT
11 Avqust 2022 | 16:03
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə