Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə hərbçisi terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi çavuş Rəşad Ərgin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi yaralanaraq xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

6 Avqust 2022 10:47 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 23:26
Kabildə partlayış

Köhnə versiyamızdan xəbərləri izlə