Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham Əliyev sülhməramlıların yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin təxribatından danışıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib.

"Xalq qəzeti" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib.

Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb.

6 Avqust 2022 10:19 - SİYASƏT
SİYASƏT
19 Avqust 2022 | 00:34
Ermənistan dağılır...

Köhnə versiyamızdan xəbərləri izlə