Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər və idman naziri Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini ilə görüşüb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, görüş zamanı mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qəbula görə təşəkkür edən baş ravvin rəhbərlik etdiyi icmanın dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir, həmçinin Türkiyədə yaşayan pianoçu, Əməkdar artist Turan Manafzadə, mədəniyyət, sənət və media üzrə jurnalist Süleyman Dincer və Türk Dünyasının Mədəniyyət Paytaxtı 2022-nin baş koordinatoru Fətullah Bingüllə də görüşüb. Görüşdə Turan Manafzadə öz yaradıcılığı və gələcək layihələri barədə məlumat verib. Fərid Qayıbov T.Manafzadəyə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, T.Manafzadə Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində konsert proqramı ilə çıxış etmək üçün Azərbaycanda səfərdədir.

6 Avqust 2022 10:04 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə