Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğın törətmə faktının üstünü açıb - VİDEO/FOTO

3 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Mazirliyin yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

6 Avqust 2022 09:51 -

Köhnə versiyamızdan xəbərləri izlə