Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdo üzrə gənclərdən ibarət milli yığmamız dünya çempionatına hazırlaşır

Avqustun 10-14-də Ekvadorun Quayaquil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, yarışda iştirak edəcək cüdoçularımız Bakı şəhərində təlim-məşq toplanışındadırlar.

ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və performans direktor Mark van der Ham millinin təlim-məşq toplanışında iştirak ediblər və onların hazırlıqları ilə maraqlanıblar.

Elnur Məmmədli idmançılarımızın turnirə çox ciddi hazırlaşdıqlarını, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak etdiklərini qeyd edərək onlardan yüksək nəticə gözlədiklərini bildirib. Gənclərdən ibarət yığma komandanın 8 üzvü çempionatda iştirak etmək üçün avqustun 7-də Ekvadora yola düşəcək. Cüdoçularımız avqustun 10-13-də fərdi yarışlarda iştirak edəcəklər.

Qeyd edək ki, baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında ölkəmizi

yarışlarda Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) təmsil edəcəklər.

6 Avqust 2022 09:23 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə