Ən son xəbərlər
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Quba şəhərində rayonu təmsil edən məşqçilər və cüdoçular ilə görüşüb.
Bu barədə "Xalq qəzeti"nə ACF-nin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı məlumat verilib ki, Qubada 330 nəfər yaxın yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olurlar. Federasiya prezident bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.
Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Köhnə versiyamızdan xəbərləri izlə