Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olma­yıb, faktla bağlı araşdırma davam edir.

“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik bina­sına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, səfirliyə bir qrup radikal dini dəstənin hücu­mu zamanı çıxarılan Azərbaycan Bayrağı da yenidən yerinə bərkidilib.

5 Avqust 2022 23:06 -

Köhnə versiyamızdan xəbərləri izlə