Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə fəaliyyət göstərən dərnəklər və media qurumları Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı birgə bəyanat yayıblar

Türkiyədə fəaliyyət göstərən Azərbaycan, Türkiyə və Pakistan dərnəkləri, eləcə də media qurumları ölkəmizin Londondakı səfirliyinə edilən hücumla bağlı birgə bəyanat yayıblar.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Karabakh is Azer­baijan” Milli Platformasının Türkiyə koordina­torluğundan AZƏRTAC-a verilən məlumata əsasən, bəyanat adıçəkilən qurum, Qarabağ Azərbaycandır Koordinasiya Dərnəyi, Bursa Arena E-Xəbər, RUBASAM Strateji Araşdırma­lar Mərkəzi, Milliyyətçi Həkimlər Dərnəyi, Dünya Avşarlar Dərnəyi, 7 Türk Birliyi E xəbər saytı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İS­TAD), TÜRKFAM -Türkşünaslıq və İntellektual Araşdırmalar Mərkəzi, Anadolu Aydınlar Ocağı, Türkiyə-Azərbaycan Nəhəng Qardaşlıq, Dostluq və Strategiya Platforması, Türkiyədəki Pakistan­lı Tələbələr Dərnəyinin imzası ilə yayımlanıb.

Bəyanatda deyilir: “Azərbaycanın London­dakı səfirliyinə hücum olub. Azərbaycan Res­publikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qrup tərəfindən hücuma məruz qalıb. Radikal dini vandalizm qrupunun üzvləri səfirliyin binasına daxil olaraq Azərbaycan bayrağını endirib, binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıb.

Bu hadisə diplomatların və diplomatik bina­ların təhlükəsizliyinə açıq şəkildə xələl yetirən, Vyana Konvensiyasına zidd vandalizm aktıdır.

Dünya mədəniyyətinin mərkəzi hesab edilən Avropanın ortasında Azərbaycan səfirliyinə qarşı edilən bu hücumu, o cümlədən milyon­larla insanın uğrunda canını, qanını fəda etdiyi Azərbaycan bayrağına qarşı törədilən bu xain terroru şiddətlə qınayır, sözügedən hadisənin dərindən araşdırılmasını tələb edirik”.

5 Avqust 2022 23:07 -

Köhnə versiyamızdan xəbərləri izlə