Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin səfiri Ağ Evə çağırılıb

“The Washington Post” qəzeti xəbər verir ki, Çinin ABŞ-dakı səfiri Tsin Qan Tayvan məsələsi ilə bağlı yaranmış gərginliyə görə Ağ Evə çağırılıb.

Ağ evin rəsmi nümayəndəsi Con Kirbi bil­dirib ki, Çinin gecə baş verən hərəkətlərindən (təlimlər nəzərdə tutulur) sonra Çinin səfiri Tsin Qanı Ağ evə çağırdıq: “Biz Çinin, Tayvan boğazında sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş məqsədlərimizə zidd olan hərəkətləri müzakirə etdik”.

Con Kirbi qeyd edib ki, səfirin diqqətinə çatdırıldı ki, Birləşmiş Ştatlar Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri fo­nunda regionda böhran yaranmasını istəmir.

Görüşdən sonra səfir Tsin Qan bildirib ki, Amerika tərəfi xüsusi qeyd etdi ki, vahid Çin məsələsində onların mövqeyində dəyişiklik yoxdur və bütün əlaqə kanallarını saxlamaq istəyirlər.

“Xalq qəzeti”

5 Avqust 2022 23:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə