Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqor Korotçenko: Azərbaycan hərbi komandanlığının atdığı qətiyyətli addımlar tamamilə ədalətli və məntiqlidir

Təəssüf ki, hələ də Qarabağ ərazisində mövcud olan erməni silahlı qüvvələrinin növbəti təxribatı və Azərbaycan əsgərinin ölümündə təqsirli olanlara qarşı tam haqlı qisas – “Natsionalnaya oborona” jurnalının baş redaktoru, ekspert İqor Korotçenko AZƏRTAC-ın müxbirinə müsahibəsində regionda baş verən son hadisələri belə təsvir edib.

O xatırladıb ki, Ermənistan özünün silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən tam çıxarılması ilə bağlı üçtərəfli Bəyanatın əsas prinsiplərinə əməl etməyib. “Bu vəziyyətdə Azərbaycan hərbi komandanlığının atdığı qətiyyətli addımlar tamamilə ədalətli və məntiqlidir. İrəvandan üçtərəfli Bəyanatın və sonrakı razılaşmaların əsas prinsiplərinin yerinə yetirilməsini tələb etmək, Ermənistanın baş naziri Nikol Paşinyana siyasi təzyiq göstərmək, siyasi yolla onu öhdəliklərini yerinə yetirməyə məcbur etmək lazım­dır”, – deyə Korotçenko qeyd edib.

Onun fikrincə, bu, təkcə qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına deyil, həm də Zəngəzur dəhlizinin işə salınmasına, Qarabağın 30 illik işğalından sonra ermənilərin tərk etdikləri minalanmış sahələrin xəritələrinin təqdim olunmasına və regionda bütün nəqliyyat-logistika əlaqələrinin blokdan çıxarılmasına aiddir. “Paşinyan hələ sərhədin demarkasiyası prosesinə, ən əsası isə Azərbaycan tərəfinin formalaşdır­dığı və irəli sürdüyü beş əsas prinsip əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imza­lanması prosesinə başlamayıb. İkinci Qarabağ müharibəsinin ikinci ildönü­münün yaxınlaşdığını nəzərə alsaq, Ermənistana elə təzyiqlər etmək lazımdır ki, bu il noyabrın 10-dək bütün erməni birləşmələri Qaraba­ğı tamamilə tərk etsin və vəziyyət normallaşsın. Onlar orada qaldığı müddətdə təxribatlar, silahlı hücumlar davam edəcək və bunun sonu olma­yacaq”, – deyə ekspert vurğulayıb.

5 Avqust 2022 23:43 - SİYASƏT
SİYASƏT
10 Avqust 2022 | 07:00
Heç kəs yaddan çıxmır

Köhnə versiyamızdan xəbərləri izlə