Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə şəhidimiz son mənzilə izdihamla yola salındı

Avqustun 3-də Ermənistanın təxribatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlu doğulduğu Şəmkirin Qaracəmirli kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Anar Kazımovun ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən Rəşad Tağıyev şəhidin ailə üzvlərinə başsağlığı verib, Anar kimi qəhrəman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri də, övladları ilə qürur duyduqları­nı bildirib, Vətən üçün canın­dan keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Qaracəmirli kəndində torpağa tapşırılan şəhidin tabutu üzərinə sərilən bayraq rayon rəhbəri tərəfindən onun anasına verilib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbirivvvvvv

6 Avqust 2022 00:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə