Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Viktor Orban: Rusiya ilə ABŞ arasında danışıqlar olmadan, Ukraynada heç vaxt sülh olmayacaq

“Rusiya ilə ABŞ arasında danışıqlar olmadan Ukraynada heç vaxt sülh olmayacaq”. Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib. Məlumatı “Euronews” agentliyi yayıb.

V.Orban jurnalistlərə açıqlamasında bildirib ki, dünya liderlərinin Ukrayna­dakı strategiyası münaqişə vəziyyətini gərginləşdirir, uzadır və sülh şanslarını azaldır. O, əmindir ki, ABŞ ilə Rusiya bu məsələdə ümumi məxrəcə gəlməsələr, Ukray­nada davamlı sülhü təmin etmək müşkül olacaq.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlanan dağıdıcı müharibə davam edir. Hər iki tərəfdən minlərlə insan itkisi var.

Yeri gəlmişkən, dünən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisinin ölməsi barədə məlumat yayıb. Xəbərdə deyilir ki, Rusiya ordusu həmçinin 1792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistem, 83 xüsusi texnika itirib. Məlumata görə, rəqib ən çox Donetsk istiqamətində itki verib.

Rusiya tərəfi isə öz növbəsində Ukraynanın yay­dığı məlumatların şişirdildiyi­ni bildirir, əksinə, qarşı tərəfin döyüşlərdə daha çox itkilər verdiyini iddia edir. Bütün hallarda isə Ukraynada dağı­dıcı müharibə davam edir və humanitar fəlakətin nə vaxt bitəcəyi məlum deyil.

M.HACIXANLI, “Xalq qəzeti”

5 Avqust 2022 23:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Avqust 2022 | 05:05
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə