Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elizabet Trass: Münaqişə yalnız Ukraynadan Rusiya qoşunlarının çıxarılması ilə bitə bilər

“Münaqişə yalnız Rusiyanın Ukrayna ərazisindən çıxması ilə bitə bilər”. Bunu Britaniyanın Xarici İşlər naziri Elizabet Trass mediaya açıqlamasında deyib. Məlumatı “Reuters” agentliyi yayıb.

XİN rəhbəri bildirib ki, rəsmi London Kiyevin silah­lanmasını dəstəkləyir və bun­dan sonra da dəstəkləyəcək. Xatırladaq ki, Elizabet Trass bu yaxınlarda Baş nazir vəzifəsindən istefa verən Bo­ris Consonun yerinə hazırda əsas rəsmi iki iddiaçıdan bi­ridir. O, Baş nazir seçiləcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcəyini, həmçinin Rusiya enerjisindən asılılığı azaldacağını vəd edib.

“Biz amerikalı, fransalı və alman həmkarlarımızla danışıqlarda iştirak etmişik və bu işdə ukraynalıları dəstəkləyirik. Amma, son nəticədə, hər şey ukraynalı­ların özlərindən asılıdır. Mən ərazilərdən imtina etmək üçün hər hansı təzyiqin olmasını istəmirəm”.

Qeyd etmək lazımdır ki, son günlər Avropanın bəzi siyasi dairələrində Rusiya–Ukrayna savaşında atəşkəsin elan edilməsi və silahlı münaqişənin qeyri-müəyyən vaxta qədər dondurulması barədə rəy və düşüncələr səsləndirilir. Rəsmi Lon­don belə yanaşmanın qəti əleyhdarı kimi çıxış edir və Rusiyadan öz qoşunlarını Ukrayna ərazisindən çıxar­masını tələb edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Britaniya hökuməti Ukraynaya daha üç milyard funt sterlinq həcmində maliyyə yardımı göstərəcəyini bildirib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

5 Avqust 2022 23:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Avqust 2022 | 05:05
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə