Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Brent” markalı neftin qiyməti bahalaşır

Londonun “İCE” (“Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,10 dollar artaraq bir bareli 96,48 dollar olub.

“NYMEX” (“New York Mer­cantile Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,41 faiz artaraq bir bareli 89,05, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 5,5 faiz azalaraq bir bareli 96,61 dollar olub.

Ekspertlər bildiriblər ki, Qərb dövlətləri Rusiyaya nə qədər sanksiya tətbiq etsələr də, Rusiya neftinin qiyməti dünya bazarında bahalaşmaqda davam edir. Bu isə Rusiyanı daha da gücləndirir. Mütəxəssislər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

5 Avqust 2022 23:20 -

Köhnə versiyamızdan xəbərləri izlə