Ən son xəbərlər
“Anadolu” agentliyinin yaydığı məlumata görə, keçən ay Avropanın bəzi ölkələrində həddindən artıq istilər səbəbindən minlərlə insan həyatını itirib.
“Politico Europe” saytında dərc olunan xəbərə görə, bütün Avropa qitəsində hava istiliyi keçən ay əhəmiyyətli dərəcədə artaraq iyulun ortalarında, xüsusilə də 18-20 iyulda pik həddinə çatıb. Nəşr qeyd edir ki, İngiltərə və Almaniyada iyul ayında havanın temperaturunun 40 dərəcəyə çatması səbəbindən Avropada quraqlıq, meşə yanğınları və havanın çirklənməsi daha da artıb. Qeyd edilir ki, əksər Avropa ölkələrində iyulun ortalarında temperaturun qalxması nəticəsində həyatını itirənlərin sayı da artıb.
Sözügedən həftənin ilk təsbitlərinə görə, Almaniyada COVID-19-un səbəb olduğu ölümlər istisna olmaqla, son 5 ildə 3 mindən çox ölüm qeydə alınıb. İngiltərədə isə eyni dövrdə 1180 nəfər ölüb. Termometrlərin 45 dərəcə göstərdiyi İspaniya və Portuqaliyada iyulun ortalarında ölüm halları əvvəlki illərlə müqayisədə ən yüksək həddə çatıb. İyulun ortalarında İspaniyada son 5 ilin ən aşağı göstəricisi olan 2700 ölüm, eyni dövrdə həddindən artıq istilərin olduğu Hollandiyada isə əvvəlki illərlə müqayisədə 559 ölüm daha çox qeydə alınıb.
Qeyd olunur ki, həddindən artıq isti və susuzluq tənəffüs xəstəlikləri olan insanlar, ürək xəstələri, həmçinin Alzheimer kimi xəstəlikləri olan insanlar üçün risk faktorlarıdır. Digər tərəfdən, ekspertlər həddindən artıq istilərin iqlim dəyişikliyinin nəticəsi olduğunu vurğulayırlar.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə