Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada yoluxma kəskin artır

Son sutka ərzində Rusiyada 18 min 555 nəfər koro­navirus infeksiyasına yoluxub. Rusiya Federal Operativ Qərargahının məlumatına görə, bu qədər yoluxma aprel ayının 1-də qeydə alınıb. Son 24 saat ərzində 1906 nəfər xəstəxanaya yerləşdirilib. 9817 nəfər müalicə olunaraq sağalıb. 47 nəfər vəfat edib.

Son sutka ərzində ən çox yoluxma paytaxt Moskvada (6149 nəfər) qeydə alınıb. 300 nəfər xəstəxanaya yerləşdirilib. 3896 nəfər sağalıb. 15 nəfər vəfat edib.

Rusiya Səhiyyə Nazirliyindən bildiriblər ki, sentyabr ayında yoluxma daha da arta bilər. Çünki sentyabrda məktəblər açılır və çox adam məzuniyyətdən qayıdır.

Rusiya Operativ Qərargahının məlumatına görə, pandemiya başlanandan indiyədək ölkədə 18 milyon 672 min 422 nəfər COVID-19 virusuna yoluxub, 382,6 min nəfər koronavirusun qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

5 Avqust 2022 23:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə