Ən son xəbərlər
“Sinxua” agentliyinin yaydığı məlumata görə, Çin Xalq Respublikası (ÇXR) ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə qarşı sanksiyalar tətbiq edəcək.
Mənbə qeyd edir ki, bu barədə ÇXR-in Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, sanksiyalar Nensi Pelosi ilə yanaşı, onun ailə üzvlərinə də tətbiq olunacaq
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-3-də Tayvana rəsmi səfər edib.
Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə