Ən son xəbərlər
Türkiyə
“ROKETSAN” rəhbərinin açıqlaması
Türkiyənin yeni nəsil qanadlı raketi “Çakır” cari ilin sonunda buraxılacaq. Bu barədə “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci açıqlama verib. O, bildirib ki, “ROKETSAN”-ın şüarı dənizin dibindən kosmosun dərinliklərinə qədər müdafiə üçün lazım olan bütün texnologiyaları inkişaf etdirə biləcək infrastruktur yaratmaqdır.
Məlumatı “Anadolu” yayıb.
ABŞ
Ranço satılır
ABŞ-ın Vayominq ştatında Uolt Disney ailəsinə məxsus olmuş ranço satışa çıxarılıb. Rançonun dəyəri 71 milyon dollar təşkil edib. “Hall and Hall” hüquq firmasının sözçüsü Cim Taylor malikanə barədə məlumat verərək bildirib ki, Yellouston Milli Parkından təxminən 37 kilometr məsafədə yerləşən imarət 2 min hektara yaxın ərazini əhatə edir. O əlavə edib ki, ərazi üç tərəfdən dağ zirvələri ilə əhatə olunub.
Məlumatı “The Wall Street Journal” yayıb.
Avstraliyaya dörd “B-2 Spirit” yerləşdirilib
ABŞ Hərbi Hava Qüvvələri Asiya Sakit okean hövzəsində artan gərginlik fonunda Avstraliyaya daha dörd ədəd “B-2 Spirit” strateji bombardmançı təyyarə yerləşdirib. Qeyd edək ki, indiyədək ABŞ Avstraliyada “B-2 Spirit” donanmasının 20 faizini yerləşdirib. Bildirilib ki, təyyarənin ikisi ABŞ-dan Avstraliyaya iyulun 10-da, daha ikisi isə iyulun 12-də gedib.
Xəbəri “The Drive” verib.
Rusiya
Bədbin proqnoz
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi payızda ölkədə işsizliyin hazırkı 3,9 faizlə müqayisədə artacağını proqnozlaşdırıb. Bu barədə açıqlama verən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, hazırda ölkənin əmək bazarında vəziyyətə nəzarət etmək mümkündür. Lakin o deyib ki, payızda ölkədə işsizlik nəticəsində bu rekord aşağı səviyyədən uzaqlaşacaq.
Məlumatı TASS yayıb.
İngiltərə
Müqavilə yenilənib
İngiltərənin “Liverpul” klubu hücumçusu Dioqo Jota ilə yeni müqavilə imzalayıb. 25 yaşlı oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin yayınadək uzadılıb. Qeyd edək ki, Jota 2020-ci ilin sentyabrından “Liverpul”da çıxış edir. Portuqaliyalı futbolçu komandanın heyətində 85 oyunda 34 qol vurub və 9 məhsuldar ötürmə edib.
Xəbəri “Eurosport” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə