Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial Xidmətlər Agentliyinin sədri Göyçayda vətəndaşların müraciətini dinləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Göyçay və Ucar rayonları sakinlərinin müraciətini dinləyib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Göyçay və Ucar rayonlarının 30-dan çox sakini fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat, eləcə də Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə aid digər sahələrlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Ötən dövrdə Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad, Qəbələ, Tərtər, Masallı, Beyləqan, Göyçay və Sumqayıt da daxil olmaqla ümumilikdə 30 şəhər və rayonun 360-dan çox sakininin müraciəti dinlənilib.

5 Avqust 2022 22:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə