Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək həlak olub

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, - deyə məlumatda bildirilir.

5 Avqust 2022 21:15 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə