Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Unlu məmulatların istehsalı və satışı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.    

Bu barədə "Xalq qəzeti"nə AQTA-nın Mətbuat xidmətindən məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 13 ünvanında fəaliyyət göstərən fiziki şəxs Qafarova Sevil Mövlud qızına məxsus “Nənəmin təndiri” unlu məmulatların istehsalı və satışı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı,  havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Müəyyən edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə toyuq qrilinin hazırlanması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

5 Avqust 2022 17:23 -

Köhnə versiyamızdan xəbərləri izlə