Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AERA-da İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Agentlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşü giriş nitqi ilə açan AERA-nın İdarə Heyətinin sədri Samir Axundov ictimai əlaqələrin gücləndirilməsinin, vətəndaş – İctimai Şura – AERA arasında sıx dialoqun qurulması baxımından bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, Samir Axundov İctimai Şura üzvləri tərəfindən müvafiq qanun layihələrinə rəy və təkliflərin verilməsini yüksək qiymətləndirdiyini qeyd edərək AERA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların təkmilləşdirilməsi və Nazirlər Kabinetinin müvafiq tapşırıqlarının icrası məqsədilə hazırlanmış normativ hüquqi akt layihələri, eləcə də istehlakçı hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılmasında şəffaflığın təmin olunması və operativ cavablandırılması yönündə həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarına geniş məlumat verib.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Camal Tahirov isə ictimai rəyin önəmini qeyd edərək əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.

Görüş zamanı, həmçinin İctimai Şura üzvləri tərəfindən istehlakçıları maraqlandıran məsələlər diqqətə çatdırılıb və bu istiqamətdə müzakirələr aparılıb.

5 Avqust 2022 20:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə