Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqşünas alimlər İstanbulda V İslam Forumunda çıxış ediblər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı və institutun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d. Leyla Məlikova 1-6 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən V İslam Forumunda iştirak edirlər.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

Gülər Qafqazlı forumda “Sovet dövründə Azərbaycan müsəlman qadını”, Leyla Məlikova isə “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda İslamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Şərqşünas alimlərin məruzələri forumda maraqla qarşılanıb.

5 Avqust 2022 18:57 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə