Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb

Yeni fəaliyyətə başlayan 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində təhsil xidmətləri təqdim olunmağa başlanılıb.

Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təhsil xidmətləri ilə bağlı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya məlumatsız vətəndaşlar bundan sonra Bakı şəhərində fəaliyyət göstərən 5 və 7 saylı “ASAN xidmət” mərkəzləri və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, cari təhsilalanlar üçün elektron təhsil arayışları, təhsil tələbə kreditinə elektron müraciət xidmətlərindən yararlanmaq mümkündür. Bu təhsil xidmətlərinin sırasına daha bir xidmət də əlavə olunub. Belə ki, vətəndaşlar bundan sonra məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat xidmətindən yararlanmaq üçün də adı çəkilən “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində  prosesin tədricən paytaxt və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.

5 Avqust 2022 21:15 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə