Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-in Aparat rəhbərinin müavini Ağdaşda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov avqustun 16-da Ağdaş rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

Bu barədə "Xalq qəzeti"nə ƏƏSMN-in Mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 5-11 avqust tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

5 Avqust 2022 20:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə