Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft qiymətləri necə dəyişir?!

Dünya bazarında “qara qızıl”ın qiyməti hər an dəyişir. Londonun “İCE” (“Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,24 faiz artaraq bir bareli 97,01 dollar olub.

“NYMEX” (“New York Mercantile Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,32 faiz artaraq bir bareli 90,95, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,3 faiz azalaraq bir bareli 102,19 dollar olub.

Ekspertlər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək. OPEC+ dövlətləri isə iclas keçirərək sentyabr ayında hasilatı artırmağa qərar veriblər. OPEC+ dövlətlərinin növbəti iclası sentyabr ayının 5-də keçiriləcək və hasilatı nə qədər artırmaq müzakirə ediləcək.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

5 Avqust 2022 00:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Oktyabr 2022 | 12:07
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə