Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı şərqşünas alimlər İstanbulda 5-ci İslam Forumunda məruzə ediblər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı və Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Məlikova İstanbulda keçirilən 5-ci İslam Forumunda iştirak edirlər.

 İnstitutdan "Xalq qəzeti"nə verilən məlumata görə, forumda Gülər Qafqazlı “Sovet dövründə Azərbaycan müsəlman qadını”, Leyla Məlikova isə “XIX əsrin ortalarından XX əsrin əvvəllərinədək Şimali Qafqazda islamın identikliyinin transformasiyasında Nahdanın rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Şərqşünas alimlərimizin məruzələri maraqla qarşılanıb.

4 Avqust 2022 16:30 - ELM
ELM
2 Oktyabr 2022 | 00:19
Yüz illik örnək ömür

Köhnə versiyamızdan xəbərləri izlə