Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BOKT “İnkişaf üçün maliyyə” MMC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnkişaf üçün maliyyə” MMC -nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Bu barədə "Xalq qəzeti"nə BFJ-in Mətbuat xidmətindən məlumat verilib.1 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. 

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan etmişdir.  BOKT “İnkişaf üçün maliyyə” MMC -nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

4 Avqust 2022 17:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Oktyabr 2022 | 12:07
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə