Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Neft Fondunda “Təhlilçi Məzun” təcrübə proqramı başa çatıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən gənc peşəkarların yetişdirilməsi və ölkənin insan kapitalının formalaşdırılmasına töhfə vermək məqsədilə görülən işlər çərçivəsində ötən ay Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan-Fransız Universiteti kimi partnyor universitetlərlə birgə işbirliyi əsasında təşkil olunmuş “Təhlilçi Məzun” təcrübə proqramı başa çatıb.

Bu barədə "Xalq qəzeti"nə ARDNF-ın Mətbuat xidmətindən məlumat verilib.

Təcrübə proqramı çərçivəsində təcrübəçilər Fondun İnvestisiya, Risklərin idarə edilməsi, Neft kontraktları, Büdcə proqnozlaşdırması və layihələr, Hesablaşmalar, Təhlükəsizlik, İnsan resursları və Hüquq departamentlərində real iş mühitində mentorlarla birlikdə əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktiki bilik və vərdişlər qazanıblar.

Proqramının bağlanış və təltifat mərasimi 2 avqust tarixində Fondun rəhbər heyətinin nümayəndələri, struktur bölmə rəhbərləri və mentorların iştirakı ilə yüksək əhval-ruhiyyədə keçib. Bağlanış mərasimində çıxış edən mentorlar gənc təcrübəçilərə xidmətlərinə görə təşəkkür edib, onların gələcək karyeralarına dair öz tövsiyyələrini veriblər. Təcrübə proqramı ilə bağlı təəssüratlarını bölüşən təcrübəçilər də çıxışlarında Fondda əldə etdikləri bu unikal təcrübənin onlara qazandırdığı dünya görüşü, yeni inkişaf imkanları barədə danışıblar.

Təcrübəçiləri sertifikatla təltif edən ARDNF-nin İcraçı direktorunun müşaviri, Nərgiz Nəsrullayeva-Müdüroğlu onlarla öz şəxsi təcrübəsini paylaşaraq qeyd edib ki, “maliyyə sektorunda uğur qazanmaq üçün yalnız texniki biliklər kiyafət deyil, emosional zəka, ünsiyyət, danışıqlar aparmaq, liderlik kimi bacarıqlar da olduqca böyük əhəmiyyət kəsb edir”

4 Avqust 2022 15:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Oktyabr 2022 | 12:07
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə