Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokuror Oğuz, Şəki və Qəbələ rayon sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 9-da saat 10:00-da Oğuz rayon prokurorluğunun inzibati binasında Oğuz, Şəki və Qəbələ rayon sakinlərinin qəbulunu keçirəcəkdir. 
Baş Prokurorluğun Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Oğuz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

4 Avqust 2022 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə