Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayonunda reklam lövhəsi yanıb

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 30 m² olan obyektin (aptek kimi fəaliyyət göstərir) içərisində 1 m² sahədə reklam lövhəsi yanıb.

FHN-in Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan otaqda 6 m² sahədə ev əşyaları yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

4 Avqust 2022 09:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə