Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 7 faydalı qazıntı yatağı istifadəyə verilib

Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Xidmətdən bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Xızıda yerləşən “Şurabad” qum yatağının 5 hektar sahəsi, Qaradağda “Gülbaxt”, “Vulkan”, “Şahqaya”, “Karvansaray” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,66, 13,72, 3, 15,68 hektar sahəsi, Daşkəsəndə “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağının 1 hektar sahəsi və Salyanda “Babazənən 1” gil yatağının 1 hektar sahəsi istifadəyə verilib.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sTcho)

3 Avqust 2022 21:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
5 Oktyabr 2022 | 12:07
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə