Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin inkisafı diqqət mərkəzindədir

Mərkəzi Nəbatat Bağının rəhbər heyyətinin iştiraki ilə dekabr 2021-mart 2022- ci illər ərzində əkilmiş ağacların inkişaf mərhələsinə baxış kecirilib.

Mərkəzi Nəbatat Bağından "Xalq qəzeti"nə verilən məlumata görə, baxış zamanı həmin ağacların mütəmadi olaraq xəstəliklərdən qorunması məqsədilə dərmanlandığı, onların düzgün qidalanması üçün lazimi aqrotexniki tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Qeyd edək ki, eyni zamanda,  Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər də davamlı olaraq aparılır. Yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq yaşıllıqların gündəlik suvarılması, onlara qulluq edilməsi, çoxillik bitkilərə  təbii gübrələrin verilməsi, Bağ ərazisinin quru ot və alaqlardan, ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif növ tullantılarından təmizlənilməsi prosesləri həyata keçirilir. Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-yaşıllaşdırma və təmizlik işləri, aqrotexniki işlər bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir.  Sözügedən işlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə rəhbərlik tərəfindən daim diqqət göstərilir.

3 Avqust 2022 18:41 - EKOLOGİYA
EKOLOGİYA
1 Oktyabr 2022 | 18:56
Sabahın HAVA PROQNOZU
1 Oktyabr 2022 | 17:59
Oktyabr ayının hava şəraiti
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə