Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Nəbatat Bağında örtülü şəraitdə becərilən bitkilərə baxış keçirilib

Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, Bağın icraçı direktoru, b.e.d. Həsən Babayev və Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının əməkdaşları, eyni zamanda baş aqronom və digərlərinin iştirakı ilə Bağın sökülmüş istixana və orenjeriyalarından yeni orenjeriya və səyyar çadırlara köçürülmüş bitkilərə baxış keçirilmiş, onların böyümə və inkişaf xüsusiyyətləri müzakirə olunmuş və aqrotexniki qulluğun səviyyəsi qiymətləndirilmişdir.

Nəbatat Bağından "Xalq qəzeti"nə verilən məlumata görə, baxış zamanı sözügedən bitkilərə göstərilən aqrotexniki qulluğun cox yüksək səviyyədə olduğu və  daha yaxşı inkişaf edildiyi müşahidə olunub.

Örtülü şəraitdə becərilən bitkilər üçun lazım olan şərait laboratoriya əməkdaşları tərəfindən yaradılmışdır və bu da bitkilərin inkişafında özünü nəzərəçarpacaq dərəcədə göstərir.

3 Avqust 2022 19:37 - EKOLOGİYA
EKOLOGİYA
27 Sentyabr 2022 | 17:27
Sabahın hava proqnozu
26 Sentyabr 2022 | 15:18
Sabahın hava proqnozu
24 Sentyabr 2022 | 15:57
Sabahın hava proqnozu
22 Sentyabr 2022 | 16:28
Sabahın hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə