Ən son xəbərlər
Bu ilin altı ayında Yardımlıda 276,7 min manatlıq müxtəlif növ rabitə və informasiya xidmətləri göstərilib.
"Xalq qəzeti" xəbər verir ki, Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, göstərilən xidmətlərin 215,8 min manatı dövlət mülkiyyətinə, 60,9 min manatı isə qeyri-dövlət mülkiyyətinə aid müəssisələrin payına düşür.
İnformasiya və rabitə sahəsi üzrə fəaliyyətdə olan müəssisələrin əhaliyə göstərdiyi xidmətlərin həcmi əlavə dəyər vergisi daxil olmaqla, 281,4 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,8 faiz çoxdur. Adıçəkilən sahə üzrə faktiki işləmiş işçilərin sayı 68 nəfər, orta aylıq nominal əməkhaqqı işə 410 manatdır.
Köhnə versiyamızdan xəbərləri izlə